Ana Sayfa > Karusel / Qoroskop > Günün qoroskopu: illüziyalardan qurtulmağa çalışın
Günün qoroskopu: illüziyalardan qurtulmağa çalışın28-04-2017, 00:48. Yazar: Xeberaz |
Qoç - imkan və resurslarınızı olduğundan artıq saymayın. Bəyəndiyiniz, yaxud da sizdə rəğbət hissi oyadan insanları ideallaşdırmayın. Yeni münasibət və ya tanışlığı təxirə salın. İllüziyalardan nə qədər tez qurtulsanız, bir o qədər yaxşıdır. Buğa - gün ərzində böyük uğurlar və yaxşılığa doğru ciddi dəyişikliklər olmayacaq. Bununla belə, ağır problemlər də yaranmayacaq. Əkizlər - əsla tələskənliyə yol verməyin. Maliyyə məsələlərində ehtiyatlı olun. Yalnız inandığınız, etibarlı insanlarla sövdələşin, danışın, müqavilə bağlayın. Xərçəng - işlə bağlı tapşırıq və məşğələlərin öhdəsindən asanlıqla gəlin. Fəqət, tələsməyin: nə qədər çox iş görsəniz, bir o qədər yeni işlə bağlı tapşırıqlar alacaqsınız. Şir - yaxınlarınızla münasibətlərdə həssas və diqqətli olun, onların maraq və niyyətlərini öyrənməyə çalışın. Çoxdan bəri davam edən fikir ayrılıqları və qarşıdurmaları çözün. Münasibətləri sərinləşdirən məqamlar arxada qalsın. Qız - işlər üçün çox sərfəli gündür. Məhsuldar çalışın, vaxtınızı dürüst bölün, situasiyanın tələb etdiyi məqamları prioritetə döndərin. Tərəzi - uğuru çox gözləməyəcəksiniz. Sonradan sizə nəinki müttəfiq, hətta dost olacaq insanlarla əməkdaşlıq başlaya bilər. Günün ikinci yarısı həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişlidir. Əqrəb - şəxsi münasibətlər zəminində problemlər yarana bilər. Sizə yaxın insanlarla dil tapmaqda çətinlik çəkəcəksiniz. Yeni tanışlıqlar məsləhətli deyil. Oxatan - hadisələr uğurlu və əlverişli məcrada inkişaf edəcək. Çox iş görə biləcəksiniz. Enerjili, nikbin olun. Yeni tanışlıqlar formalaşdırın, nüfuzlu insanda xoş təəssürat yaradın. Oğlaq - aktiv istirahət, səfər, səyahət, əyləncə üçün sərfəli vaxtdır. Axşam saatlarında dostlarla görüş və ya romantik qarşılaşma ola bilər. Dolça - günün ilk yarısı anlaşma, sövdələşmə, razılaşma və alış-veriş üçün uğurlu gün deyil. Ciddi maliyyə itkiləri təhlükəsi var. Balıqlar - yaxşı gündür. Neqativ təmayüllərin təsiri minimuma enəcək. Yalnız səhər saatlarında müəyyən çətinliklər hiss edə bilərsiniz. Geri dön |