Ana Sayfa > Karusel / Şou-Biznes > ANAR "Queen of USSR 2017"da fəxri qonaq kimi iştirak edəcək.

ANAR "Queen of USSR 2017"da fəxri qonaq kimi iştirak edəcək.


27-04-2017, 21:02. Yazar: Xeberaz
ANAR "Queen of USSR 2017"da fəxri qonaq kimi iştirak edəcək.

Pop star ANAR mayın 13-də BƏƏ-nin Dubay Əmirliyinə dünya müsabiqəsinə yollanır.

Mayın 13-də BƏƏ-nin Dubay Əmirliyinində “Queen of USSR 2017” beynəlxalq model müsabiqəsinin final mərhələsi keçiriləcək.

Bu haqda "Xəbəraz.az "-a məlumatı pop star ANARın PR meneceri istedadlı maqazin jurnalisti Elton Hacıyev verib:
"Gənc ulduz ANAR “Queen of USSR 2017” model müsabiqəsində fəxri qonaq qismində iştirak etmək üçün ora gedəcək. Fikirləşirdim ki, layihənin rəhbəri ANARı bu tədbirə müğənni kimi dəvət edib. Sən demə o ANAR üçün süpriz hazırlayıb. Səhnədə ANARı Azərbaycanın pop starı kimi təqdim edəcək. İnşallah, mayın 13-də “Queen of USSR 2017” müsabiqəsi üçün Rusiyada hazırlanıb aranjman olunan bir mahnı ilə çıxış edəcək. Bəli, BƏƏ-nin Dubay Əmirliyinə ANARı münsiflər heyətinə qatılmaq üçün dəvət ediblər. İnşallah, ANAR gözəl təəssüratlarla qayıdacaq".
Geri dön