Ana Sayfa > Karusel / Maraqlı / Araşdırma > Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır

Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır


27-04-2017, 20:30. Yazar: Xeberaz
Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır

Ötən il ölkə üzrə keçirilən 9-cu sinif buraxılış imtahanında iştirak edən şagirdlərin 53,93 faizini (56484 nəfər) oğlanlar, 46,07 faizi (48245) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin isə 55,81 faizi (47293) oğlan, 44,19 faizi (37444 nəfər) qız olub.
"Xəbəraz.az " xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, hər iki imtahanda qız və oğlanların nisbəti bir-birinə yaxındır. Lakin ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur.

Cənub zonası - Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonlarında 9-cu sinif şagirdlərinin 47,21 faizi qızlar təşkil edirsə, 11-ci sinif şagirdlərinin arasında bu göstərici 40,81 faizdir.

11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Cənub rayonlarında bu azalmanın əsas səbəbi region üçün xarakterik olan erkən nikahlardır.

Buraxılış imtahanı fənləri üzrə oğlan və qız şagirdlərin göstəricilərinin müqayisəli təhlili göstərir ki, bütün fənlər üzrə qızların bilik və bacarıqları yüksəkdir. Bu tendensiya özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında da göstərir.
Geri dön