Ana Sayfa > Karusel / Hadisə > “Elmlər Akademiyası” metrosu qarşısında aksiya-İşçilər etiraz etdi

“Elmlər Akademiyası” metrosu qarşısında aksiya-İşçilər etiraz etdi


27-04-2017, 16:38. Yazar: Xeberaz
“Elmlər Akademiyası” metrosu qarşısında aksiya-İşçilər etiraz etdi


Bu gün "Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri öz hesabına məzuniyyətə göndərilməsinə etiraz edərək metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında aksiya keçiriblər.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Bizim Yol-a aksiyaçılardan biri, Tikinti Departamentinin 1 nömrəli Tunel Tikinti İdarəsinin qazmaçı vəzifəsində çalışan Aqil Əzizov bildirib.

Onun sözlərinə görə, işçilərin əmək müqaviləsi var: "Biz bu qurumun qanuni işçiləriyik. Bizi məcburi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar. Buna etiraz edirik”.

Məsələ ilə bağlı olaraq "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlama verib. O, Tikinti Departamentinin işçilərinin ötən gün qəbul edilərək onlarla söhbət aparıldığını deyib: "Bu günə kimi "Bakı Metropoliteni”nin heç bir işçisi işdən azad edilməyib və məcburi öz hesabına məzuniyyətə göndərilməyib. İxtisarlar aparılmayıb. İşləyənlərə isə vaxtlı-vaxtında əməkhaqqı verilib”.
Geri dön