Ana Sayfa > Karusel / Dünya / Maraqlı > Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO

Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO


27-04-2017, 13:40. Yazar: Xeberaz
Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO

ABŞ-ın Çikaqo şəhərində 69 il birlikdə yaşayan cütlük eyni gündə dünyasını dəyişib.
Bu illər ərzində aralarından su keçməyən, sevgiləri qocalmayan cütlük bir-birindən 40 dəqiqə aralıqla əl-ələ tutub ölüblər.
Cütlüyün oğlu Leo Vatkin deyir ki, əvvəlcə anası dünyasını dəyişdi, onun əllərindən möhkəm tutmuş atası əllərin soyuduğunu görəndən sonra canını tapşırdı: “Bu yaşıma qədər onların bir gün də ayrı qaldığını görməmişəm. Sevgiləri o qədər güclü idi ki, ölüm belə onları ayıra bilmədi. Ölümə də əl-ələ getdilər”.(publika.az)

Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO
Geri dön