Ana Sayfa > Karusel / İdman > Şarapova dönüşünü qələbə ilə qeyd etdi

Şarapova dönüşünü qələbə ilə qeyd etdi


27-04-2017, 12:17. Yazar: Xeberaz
Şarapova dönüşünü qələbə ilə qeyd etdi

Rusiyalı tennisçi Mariya Şarapova diskvalifikasiyasının qüvvədə olma müddəti başa çatdıqdan sonra ilk rəsmi görüşünü keçirib.

Şarapova Almaniyanın Ştutqart şəhərində keçirilən WTA (Qadın Tennisçilər Assosiasiyası) turnirinin ilk raundunda italiyalı Roberta Vinçiniyə qalib gəlib - 7:5, 6:3. Şarapova növbəti mərhələdə həmyerlisi Yekaterina Makarova ilə qarşılaşacaq.

Qeyd edək ki, Mariya Şarapova 2016-cı ilin iyununda meldoniumdan istifadə etdiyi üçün Beynəlxalq Tennis Federasiyası tərəfindən 2 illik diskvalifikasiya edilib. Oktyabrda İdman Arbitraj Məhkəməsi onun cəzasını 15 aya endirmişdi.
Geri dön