Ana Sayfa > Karusel / Gündəm / Qarabağdan xəbər var > İran və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağ haqda danışdılar

İran və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağ haqda danışdılar


27-04-2017, 13:10. Yazar: Xeberaz
İran və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağ haqda danışdılar

İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada ermənistanlı həmkarı Vigen Sarkisyanla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.Nazirlikdən bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər: "Nazirlər növbəti dəfə münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar".

Qeyd edək ki, aprelin 26-da Moskvada VI Beynəlxalq Təhlükəsizlik konfransı başlayıb. Bu konfrans Rusiya Müdafiə Nazirliyinin himayəsi altında 2012-ci ildən bəri hər il keçirilir. İran və Ermənistan müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarkisyan konfransda iştirak edir.
Tədbir bu gün başa çatacaq.
Geri dön