Ana Sayfa > Karusel / Hadisə > Lənkəranda dəhşətli qəza - Ölənlərin sayı artır

Lənkəranda dəhşətli qəza - Ölənlərin sayı artır


27-04-2017, 00:17. Yazar: Xeberaz
Lənkəranda dəhşətli qəza - Ölənlərin sayı artır

Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə 3-ə çatıb

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, Lənkəranın Velədi kəndi ərazisində “Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.

Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
Geri dön