Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Azərbaycanda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB


27-04-2017, 00:06. Yazar: Xeberaz
Azərbaycanda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə 3-ə çatıb

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, Lənkəranın Velədi kəndi ərazisində "Mercedes" markalı avtomobil əvvəl "Lada Priora", daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.

Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

---------

22:55

Lənkəranda ağır yol qəzası baş verib.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Geri dön