Ana Sayfa > Karusel / Hadisə > Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var - YENİLƏNİB

Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var - YENİLƏNİB


26-04-2017, 13:41. Yazar: Xeberaz
Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var - YENİLƏNİB


Daxili İşlər Nazirliyi Bakı şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.Aprelin 25-də saat 8 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb.


Nizami RPİ tərəfindən araşdırma aparılır.


*****

11:07

Bakıda avtomobil 4 piyadanı vurub. Hadisə dünən saat 8:05-də Nizami rayonu Qara Qarayev prospekti 1 ünvanının qarşısında baş verib. “BMW” markalı, 10 BK 434 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı, 1993-cü il təvəllüdlü Ağazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlü Rzayev Rafiq Mədət oğlunu vurub. 63 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Digər şəxslər isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır(lent.az)

Geri dön