Ana Sayfa > Karusel / Gündəm > Temperatur 22 dərəcəyə qalxacaq - SABAH

Temperatur 22 dərəcəyə qalxacaq - SABAH


26-04-2017, 12:24. Yazar: Xeberaz
Temperatur 22 dərəcəyə qalxacaq - SABAH



Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu gecə 6-9°, gündüz 15-20°, Bakıda gecə 6-8°, gündüz 17-19° isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11°, gündüz 17-22°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.


Geri dön