Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Azərbaycanda aktrisanı diri-diri basdırdılar - FOTO

Azərbaycanda aktrisanı diri-diri basdırdılar - FOTO


24-04-2017, 19:26. Yazar: Xeberaz
Azərbaycanda aktrisanı diri-diri basdırdılar - FOTO


Gənc aktrisa, bir çox yerli serialların baş qəhrəmanı Cəmilə Tağızadə kriminal filmlərdən qorxsa da, çəkildiyi filmlərdə qorxunc hadisələrdən qaça bilməyib.

"Xəbəraz.az " bildirir ki, yeniçağ.az-a açıqlama verən aktrisa filmin çəkilişindən sonra aldığı mənəvi və fiziki zərbədən müalicə olunduğunu da gizlətməyib.

""Cehizsiz gəlinlər"də canlandırdığım Hicranın seriala gəlişi möhtəşəm olduğu kimi, gedişi də möhtəşəm oldu. Çünki serialın əvvəlində özünü asırdı, axırda da doğuş zamanı öldü. Bu hadisə mənə çox pis təsir etdi. Məni diri-diri də basdırmışdılar. O çəkilişlər çox ağır şəraitdə baş tutdu. Həm psixoloji, həm də fiziki olaraq problemlər yaşadım. Təsəvvür edin, məni basdırmaq üçün qəbir qazdılar, özü də həmin gün dizə kimi qar yağmışdı. Məni belimə kimi basdırdılar. Bir müddət psixoloji və fiziki sarsıntıdan çıxa bilmirdim. Elə bil əlim-ayağım tutulmuşdu. Hətta buna görə həkimə də düşdüm. Hazırda müalicə alıram".

Azərbaycanda aktrisanı diri-diri basdırdılar - FOTO


Geri dön