Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Surət Hüseynovun eks-cangüdəni ürəyindən bıçaqlandı - Video

Surət Hüseynovun eks-cangüdəni ürəyindən bıçaqlandı - Video


24-04-2017, 16:22. Yazar: Xeberaz
Surət Hüseynovun eks-cangüdəni ürəyindən bıçaqlandı - Video

Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.

"Xəbəraz.az "ın Report-a istinadən məlumatına görə, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.

Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.


Geri dön