Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Azərbaycanlı bəstəkarın yeni layihəsi: “Mənə niyə baxmırsan?” - VİDEO

Azərbaycanlı bəstəkarın yeni layihəsi: “Mənə niyə baxmırsan?” - VİDEO


24-04-2017, 16:05. Yazar: Xeberaz
Azərbaycanlı bəstəkarın yeni layihəsi: “Mənə niyə baxmırsan?” - VİDEO

Tanınmış azərbaycanlı bəstəkar Rövşən Əyyubov “Mənə niyə baxmırsan” adlı klipini mediaya təqdim edib."Xəbəraz.az "az-a açıqlama verən bəstəkar bildirib ki, müəllifi olduğu bəstəni özü ifa edib: “Mahnının ərsəyə gəlməsində bir çox ölkələrdən, Ukrayna, Almaniya, Şotlandiyadan musiqiçilər cəlb olundu. Bu layihənin uğurlu olacağına əminəm. Bu günə qədər bir çox məşhur mahnıların müəllifi olmuşam. İnşallah bu seriyanı davam etdirəcəm. Qarşıda yeni layihələrim var. Yaxın zamanlarda dinləyicilərin ixtiyarına verəcəyəm. Layihəmi özü maliyyələşdirmişəm. Yəni sponsorluğu özüm etmişəm”.


Qeyd edək ki, “Mənə niyə baxmırsan” adlı bəstə Azərbaycan, Türkiyə, Almaniya və İngiltərədə aranjiman olunub.

Azərbaycanlı bəstəkarın yeni layihəsi: “Mənə niyə baxmırsan?” - VİDEO

Geri dön