Ana Sayfa > Karusel / Siyasət / Gündəm / Dünya > On bir milyon seçici səs verə bilməyəcək

On bir milyon seçici səs verə bilməyəcək


23-04-2017, 20:38. Yazar: Xeberaz
On bir milyon seçici səs verə bilməyəcək

"Xəbəraz.az " AzərTac-a istinadən xəbər verir ki, 7 milyon fransızın adı və ya ünvanı səhv yazıldığından səsvermədə iştirak edə bilməyəcək. 4 milyon fransız seçicinin adı isə heç seçki siyahısına salınmayıb. Bunun demokratik anomaliya olduğu qeyd edilir.

Parisdə bir neçə səsvermə məntəqəsində bəzi seçicilərə artıq içərisində səsvermə bülleteni olan zərflər verildiyi, yəni saxtakarlığa yol verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Bunla bağlı xatırladılıb ki, səslər sayılanda içərisində bir neçə bülleten olan zərflər ləğv olunacaq.

Yerli vaxtla saat 17-yə olan məlumata əsasən Parisdə seçicilərin 64.51 faizi səs verib.

Daxili İşlər Nazirliyi bildirir ki, 2012-ci ildə həmin saatda 59.14 faiz seçici səs vermişdi.
Geri dön