Ana Sayfa > Karusel / Hadisə > Quba-Xaçmaz yolunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Quba-Xaçmaz yolunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var


23-04-2017, 20:05. Yazar: Xeberaz
Quba-Xaçmaz yolunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda qəza olub.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza yolun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vaz 2107" markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır.

Fakt araşdırılır.
Geri dön