Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > Bakı-2017 Könüllülərinin himni - VİDEO

Bakı-2017 Könüllülərinin himni - VİDEO


23-04-2017, 14:18. Yazar: Xeberaz
Bakı-2017 Könüllülərinin himni - VİDEO


Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının könüllüləri və Oyunların ulduz səfiri Tünzalə Ağayeva birgə "Salam, Bakı - Könüllülərin himni"ni ifa ediblər.

"Xəbəraz.az "-ın məlumatına görə, himndə pop janrından istifadə olunsa da, milli musiqi alətlərimiz olan tar, qaval, zərb alətlərinin də ifası var.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Bakıda 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.


Geri dön