Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda telejurnalistin həyat yoldaşı özünü öldürdü

Azərbaycanda telejurnalistin həyat yoldaşı özünü öldürdü


19-03-2015, 12:38. Yazar: Elmir
Azərbaycanda telejurnalistin həyat yoldaşı özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşıdır
Geri dön