Ana Sayfa > Karusel / İdman > İbrahimoviçin zədəsi çox ciddidir

İbrahimoviçin zədəsi çox ciddidir


22-04-2017, 20:06. Yazar: Xeberaz
İbrahimoviçin zədəsi çox ciddidir

"Manchester United"in futbolçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.

35 yaşlı forvardın durumu ciddidi. Avropa Liqasının 1/4 final mərhələsinin "Anderlecht"lə cavab matçında zədələnən isveçli hücumçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Diz bağlarından ciddi zədə alan təcrübəli futbolçu 2018-ci ilin yanvar ayına kimi futbol oynaya bilməyəcək.

Artıq İngiltərə mətbuatında isveçli forvardın futbolçu karyerasını başa vuracağı barədə fikirləşdiyi barədə məlumatlar yayılmağa başlayıb. Bununla bağlı İbrahimoviçin yaxın zamanlarda qərar verəcəyi bildirilir.
Geri dön