Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Məşhur serialın bitməyinə 8 seriya qaldı - VİDEO

Məşhur serialın bitməyinə 8 seriya qaldı - VİDEO


22-04-2017, 11:09. Yazar: Xeberaz

Məşhur serialın bitməyinə 8 seriya qaldı - VİDEO


""Kara Sevda"nın çəkilişlərinin bitməyinə 8 seriya qalıb".
Bu sözləri ötən gün nişanlısı və yaxın dostu ilə birlikdə gəzintiyə çıxan məşhur aktyor, "Kara Sevda"nın qəhrəmanı Burak Özçivit deyib.


Dünən nişanlısı Fahriye Evcen və həmkarı Uğur Aslan ilə birlikdə Arnavutköydəki balıq restoranına gedən Burak jurnalistlərə açıqlama verib.



O, bildirib ki, serialın çəkilişləri bitən kimi Fahriye ilə toy edəcək. Aktyor qeyd edib ki, toyu heç bir sponsorun köməyi olmadan, öz hesablarına edəcəklər.


Sualları gülərək cavablandıran məşhurlar avtomobilə minərək məkandan ayrılıblar.

Qeyd edək ki, Burak Özçivit və Uğur Aslan hazırda "Kara Sevda" serialına çəkilirlər.



Məşhur serialın bitməyinə 8 seriya qaldı - VİDEO
Məşhur serialın bitməyinə 8 seriya qaldı - VİDEO




Geri dön