Ana Sayfa > Karusel / Hadisə > Bakıda silahlı insident: 2 nəfər güllələndi

Bakıda silahlı insident: 2 nəfər güllələndi


20-04-2017, 10:58. Yazar: Xeberaz
Bakıda silahlı insident: 2 nəfər güllələndi


Bakıda silahlı insident olub.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.

Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.




Geri dön