Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya > Yoxa çıxan müğənninin ailəsi xəyanətə görə dağılıb – VİDEO - FOTO

Yoxa çıxan müğənninin ailəsi xəyanətə görə dağılıb – VİDEO - FOTO

19-04-2017, 16:22. Yazar: Xeberaz
Yoxa çıxan müğənninin ailəsi xəyanətə görə dağılıb – VİDEO - FOTO

Xeyli zamandır efirlərdən uzaq düşən azərbaycanlı müğənni Zahidə Günəş şəxsi həyatı barəsində gəzən söz-söhbətlərdən narahatdır."Xəbəraz.az "ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, zaman-zaman mətbuatda barəsində əsassız məlumatlar dərc olunub: “Yazmışdılar ki, oğlumun atası yoxdur. Niyə yoxdur? Var. İndi açıqlayıram, bəli, ayrılmışıq, amma övladım atasının soyadını daşıyır. Yoldaşımdan icazəsiz övladımı Azərbaycandan kənara çıxarmıram. Oğlum elə ana qayğısı görür ki, heç atasına ehtiyac yoxdur. Məsələn mən gözümü açıb, atamı görmüşəm. Onun tərbiyəsi ilə böyümüşəm. İstəmirəm bu barədə çox danışım. Oğlum sonra izləyəcək, pis olacaq”.

Müğənni qeyd edib ki, ailəsinin dağılmasına səbəbini də açıqlayıb: “İndi deyəcəm, çoxları deyəcək ki, hamı eyni cavabı verir. Mənim ailəm xəyanətə görə dağıldı. Özü də elə bir xəyanət ki, gülə-gülə, gözünün içinə baxa-baxa. Mən də onu gülə-gülə yola saldım. Belə bir deyim var ki, övlad anadan yetim qalmasın”.

Qeyd edək ki, Yalçın Uğurunun təqdimatında yayımlanan “Show time” verilişi həftənin 2-ci günləri “APA TV”-də yayımlanır.

Geri dön