Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Azər Əliyevlə Leyla Əliyevanın yeni FOTOLARI

Azər Əliyevlə Leyla Əliyevanın yeni FOTOLARI


19-04-2017, 12:38. Yazar: Xeberaz
Azər Əliyevlə Leyla Əliyevanın yeni FOTOLARI

Məşhur aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev və Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə birgə yeni fotolarını paylaşıb.
A.Əliyev 2016-cı ildən Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir.
Azər Əliyev həm də peşəkar idmançıdır. Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.
2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.
23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.
2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.(Publika.az)

Azər Əliyevlə Leyla Əliyevanın yeni FOTOLARI
Azər Əliyevlə Leyla Əliyevanın yeni FOTOLARI
Geri dön