Ana Sayfa > Karusel / İdman > Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşəcək

Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşəcək


19-04-2017, 12:36. Yazar: Xeberaz
Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Çempionlar Liqasında daha iki yarımfinalçı müəyyənləşəcək.

Biri İspaniyada, digəri Fransada keçiriləcək 1/4 final mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

"Barcelona" yarımfinala vəsiqə qazanmaq üçün "Juventus”dan Turindəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmalıdır. "Katalonlar"ın heyətində Aleş Vidal ilə Rafinya, "Qoca Sinyora”dan isə Marko Pyatsa zədə üzündən meydana çıxa bilməyəcək.

Dortmund "Borussia”sı öz meydanında 2:3 hesabı ilə uduzduğu "Monaco”nun qonağı olacaq. Dortmund klubu cavab qarşılaşmasında Mark Bartra, Mario Götse və Andre Şürrle kimi zədəli futbolçularının xidmətindən yararlana bilməyəcək. Fransa təmsilçisinin heyətində isə Cibril Sidibe, Qabriel Boskilya və Quido Karrilyo zədəli, Fabinyo cəzalıdır.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

19 aprel


22:45. "Barcelona” (İspaniya) - "Juventus” (İtaliya)

Baş hakim: Byorn Keypers (Hollandiya)

İlk oyun – 0:3

22:45. Monaco (Fransa) – Borussia (Dortmund, Almaniya)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2.

Qeyd edək ki, bu gecə baş tutmuş 1/4 final mərhələsinin ilk iki cavab matçından sonra "Real Madrid” (İspaniya) və ”Atletico” (İspaniya) yarımfinala yüksəlib.
Geri dön