Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > "Baku Shopping Festival"da ƏDV-nin 95%-i Azərbaycan vətəndaşlarına qaytarılıb

"Baku Shopping Festival"da ƏDV-nin 95%-i Azərbaycan vətəndaşlarına qaytarılıb


19-04-2017, 12:30. Yazar: Xeberaz
"Baku Shopping Festival"da ƏDV-nin 95%-i Azərbaycan vətəndaşlarına qaytarılıb

"Bakıda keçirilən Ticarət Festivalı (Baku Shopping Festival) çərçivəsində indiyədək alıcılara 300 min manatdan artıq ƏDV qaytarılıb". "APA-Economics" xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev bildirib.

Onun sözlərinə görə, bu vəsaitin 95%-i Azərbaycan vətəndaşlarına ödənilib. "Bilirsiniz ki, bu proses faktura əsasında tənzimlənir. İndiyədək 400 faktura toplanılıb", - deyə nazir müavini qeyd edib.
Geri dön