Ana Sayfa > Karusel / İdman > "Qarabağ" Azərbaycan futbolunun etalonudur" - məşhur İspan qəzeti

"Qarabağ" Azərbaycan futbolunun etalonudur" - məşhur İspan qəzeti


18-04-2017, 14:01. Yazar: Xeberaz
"Qarabağ" Azərbaycan futbolunun etalonudur" - məşhur İspan qəzeti


İspaniyanın məşhur idman qəzeti olan "AS" dünən "Qarabağ" haqda yazı dərc edib.

Yazıda "Qarabağ"ın Topaz Premyer Liqada "İnter"ə 3:0 hesabı ilə qalib gələrək ardıcıl 4-cü dəfə ölkə çempionu olduğu yer alıb. Yazıda Qurban Qurbanovun komandasının son illərdə Azərbaycan futbolunun etalonu olduğu qeyd edilib.

Bundan başqa, Ağdam klubunda futbolçular Dani Kintana, Miçel Maderanın və məşqçi Ruben Sellesin ispan olduğu vurğulanıb. Yazıda onların karyeraları haqda ətraflı məlumat verilib.
Geri dön