Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Xəbəraz TV > Şagirdi döyən müəllimlə bağlı komissiya yaradıldı

Şagirdi döyən müəllimlə bağlı komissiya yaradıldı


18-04-2017, 12:42. Yazar: Xeberaz
Şagirdi döyən müəllimlə bağlı komissiya yaradıldı

“Həmin məktəbdəki hadisə ilə bağlı komissiya yaradılıb. Hazırda araşdırmalar gedir. Nəticəsi barədə Təhsil Nazirliyinə və ictimaiyyətə məlumat veriləcək”

Bunu açıqlamasında Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova rayonun Qalaboynu kəndində müəllimin şagirdləri döyməsi ilə bağlı yayılan videodan danışarkən deyib.

V. Hüseynova bildirib ki, hadisə ilə bağlı bu gün sözügedən məktəbin direktoru onun qəbulunda olub: “Direktor mənə izahat verdi ki, həmin hadisə onların məktəbində olmayıb. Mən də məsələnin müəllimlər və şagirdlər tərəfindən araşdırılması üçün komissiya yaratdım. İndi komissiyanın işinin nəticəsini gözləyirik və bu barədə Təhsil Nazirliyinə də məlumat verəcəyik”.


Geri dön