Ana Sayfa > Karusel / İdman > "Boavista" Kamrandan sonra Eminə də qapını göstərmək istəyir

"Boavista" Kamrandan sonra Eminə də qapını göstərmək istəyir


18-04-2017, 12:37. Yazar: Xeberaz
"Boavista" Kamrandan sonra Eminə də qapını göstərmək istəyir

Millimizin qapıçısı Kamran Ağayevlə yollarını ayıran "Boavista" Emin Mahmudovu də göndərmək niyyətindədir. Komandanın baş məşqçisi Migel Leal 25 yaşlı futbolçumuzun hazırki durumundan razı deyil. Portuqaliyalı mütəxəssis "Boavista"da növbəti mövsüm üçün yeni kollektiv formalaşdırmaq istəyir. Millimizin üzvü isə onun planlarına daxil deyil.

Emin Mahmudov "Boavista"ya mövsümün əvvəlində Rusiyanın "Krılya Sovetov" klubundan transfer olunub. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurmağı bacarıb.
Geri dön