Ana Sayfa > Karusel / Gündəm / Araşdırma > Dağılan ailələrin sayı çoxalıb

Dağılan ailələrin sayı çoxalıb


17-04-2017, 21:59. Yazar: Xeberaz
Dağılan ailələrin sayı çoxalıb

Bu il ərzində qeydə alınan boşanmaların sayı məyusedicidir.

Azərbaycanda bu il ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Ümumiyyətlə, son illər boşanmaların statistikasına baxdıqda, ilbəil ailə həyatından imtina edənlərin sayının artdığını görürük. Əgər ötən il evlənmə ilə boşanma arasındakı nisbət 6:1 idisə, bu il bu rəqəm 4:1 olub.
Geri dön