Ana Sayfa > Karusel / Hadisə / Dünya > Peterburq metrosundakı terrorun TƏŞKİLATÇISI saxlanıldı

Peterburq metrosundakı terrorun TƏŞKİLATÇISI saxlanıldı


17-04-2017, 20:26. Yazar: Xeberaz
Peterburq metrosundakı terrorun TƏŞKİLATÇISI saxlanıldı

Moskva vilayətinin Odintsov rayonunda Sankt-Peterburq metrosunda partlayışın təşkilatçılarından biri - Mərkəzi Asiya əsilli Abror Əzimov saxlanılıb.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya FTX-in ictimaiyyətlə əlaqələr şöbəsi xəbər yayıb.

Verilən məlumata görə, 1990-cı il təvəllüdlü A.Əzimov terror hadisəsini törədən Əkbərcon Cəlilovu terrora hazırlayıb.

Hazırda o, istintaq təcridxanasındadır.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda çoxsaylı insan tələfatı ilə nəticələnən terror hadisəsi baş verib.



Geri dön