Ana Sayfa > Karusel / Foto-fakt / Texnologiya > Bakıda Galaxy S8 və Galaxy S8 + təqdim olundu

Bakıda Galaxy S8 və Galaxy S8 + təqdim olundu


17-04-2017, 18:09. Yazar: Xeberaz
Bakıda Galaxy S8 və Galaxy S8 + təqdim olundu

Cümə günü Bakıda Samsung korporasiyası, öz flaqman smartfonları olan Galaxy S8 və Galaxy S8 + təqdimatının keçirib.

Hər iki cihazın dünya premyerası bir neçə gün əvvəl London və Nyu-Yorkda baş tutmuşdu. Smartfonların displeyləri qövsvari kənarlarıvə 2960х1440 icazəlidir. GalaxyS8 + modelinin displey dioqanalı 6.2 düym (15.75 sm), GalaxyS8 isə - 5.8 düymdur (14.73 sm). Bu qeyri-standart ekran sayəsində Galaxy S8 Plus çox rəqiblərindən daha kompaktdır.

Koreya kampaniyasının yeni cihazlarının əsas üstünlüklərindən biri, onların eyni zamanda həm qeyri-adi, həm də konservativ dizaynıdır. "Biz trendlər ardından qaçmırıq, biz özümüz trend yaradırıq", - bunu mobil cihazlar departamentinin rəhbəri Fərid Xəlilov bildirib. Bununla razılaşmamaq çətindir: hər iki smartfon qövsvaridispleyi ilə seçilir, hər ikisi kompaktdır və "düyməsizdir"(adəd etdiyimiz Home düyməsidə indi virtualdır) və ən əsası da bu smartfonları barmaq izi skanerinin qeyri-adi yerləşməsi fərqləndirir - indi skaner arxa panel üzərindədir.

Həmçinin hər iki cihaz göz qişası skaneri ilə təchiz olunur, buda istifadəçilərin məlumatlarını daha təhlükəsiz qorumağa imkan yaradacaq. Samsung Azerbaijan təmsilçiləri zəmanət verir ki, bu skaneri nə fotoşəkil nə də video-çarxla aldatmaq mümkün deyil.

Samsung yeni Galaxy S8 və S8+ üzərində o qədər əmək sərf edib ki, bu öndə gedən və qeyri-adi smartfonları hər bir istifadəçi dərhal almaq istəyəcək, hətta bir az əvvəl telefonlarını yeniləyənlər də.

Flaqmanlar üçün standar olan Gorilla Glass və IP68 standartına uyğun suya davamlılqdan əlavə, yeni smartfonlar Exynos8895 prosessoru ilə, 4 Qb operativ yaddaşla və 64 QB fleş-yaddaşla təchiz olunublar. Əlavə olaraq cihazlar 256 Qb qədər yaddaş karlarını da dəstəkləyirlər.

Cihazların təhlükəsizliyinə təqdimatda ayrıca yer ayrılmışdı. Belə ki, Galaxy S8 və S8+ (müvafiq olaraq 3000 və 3500 mAh) akkumulyatorları 8 mərhələli təhlükəsizlik və etibarlılıq testi keçmişdilər. Smartfonunuz və şəxsi sağlamlılığınız haqda daha narahat olmağa dəyməz.

Yeri gəlmişkən, sağlamlıq haqda: Samsung flaqmanların proqram təchizatın və interfeysin əsaslı yeniləyib. Blok ekranın, "icon" dəstin və bir sıra qurulma proqramları,ən popular Samsung Health daxil olmaqla, təzələyib.

Kampaniya çalışır ki, yeni flaqmanların hədəf kütləsi daha da geniş olsun. Foto həvəskarları üçün smartfonlar 12 meqapiskellik, zəyif işiq mühitini kompensasiya edən Dual Pixel texnologiyalı kamera ilə təchiz olunublar. 8 Meqapiksellik frontal kamera avtofokus sayəsində şelfi sevənlər üçün çox rahat olacaq. Samsung melomanlar haqda da udumayıb, Galaxy S8 и S8+-lə komplektə musigi industriyasında dünyaca məhşurAKG qulaqcıqları daxildir.

Bundan əlavə, video çəkilişlərin marağında olanlar üçün şirkət yenilənmiş Gear 360 kamerasını təqdim etdi. Bu kamera bazardakı analoji qurğulara layiqli rəqabət aparmaqdan əlavə, YouTube və Facebook-da canlı yayımlar etmək imkanı sayəsində həm də gənclər və aktiv istirahət həvəskarları arasında populyarlıq qazanacaq.

İşgüzar insanlar Samsung-dan yeni qurğular əldə etmək barədə düşünə bilər: əvvəla, nəhəng və iş üçün rahat displeyi, ikincisi isə artıq jurnalistlərə də təqdim edilmiş Dex əlavəsinə görə. İstənilən monitor və Galaxy smartfonlarına qoşulan kiçik qurğu monitoru əsl iş masasına döndərir: bu zaman ekranda eyni zamanda həm ŞK monitoruna, həm də planşet ekranına bənzər bir gözəllik peyda olur.

Və ən əsası: bu möhtəşəm qurğuların və telefonun Azərbaycanda satışı mayın 5-dən uyğun olaraq, 1599 və 1799 manat qiymətinə başlayacaq. Bununla yanaşı, aprelin 15-dən Azərbaycanda Samsung Galaxy S8 və S8+ smartfonlarının öncədən sifarişini açıq elan edilib: əvvəlcədən 50 manat ödəniş etmək kifayətdir ki, müştəri səbrsizliklə gözlədiyi telefonu hamıdan tez alsın vəüstəlik, Samsung-dan 128 GB həcmli yaddaş kartını hədiyyə alacağına əmin olsun .

Samsung -da yeni qadcetlərin ölkəmizdəki satışları barədə proqnozlarda kifayət qədər optimistikdirlər. Həm də onların buna bütün əsasları var - etiraf edək ki, bazarda ən yaxşı telefon üçün 1599 və 1799 - bu keyfiyyətə layiq olan qiymətdir.

Bakıda Galaxy S8 və Galaxy S8 + təqdim olundu
Bakıda Galaxy S8 və Galaxy S8 + təqdim olundu
Bakıda Galaxy S8 və Galaxy S8 + təqdim olundu
Bakıda Galaxy S8 və Galaxy S8 + təqdim olundu
Bakıda Galaxy S8 və Galaxy S8 + təqdim olundu
Geri dön