Ana Sayfa > Karusel / Gündəm > Rayonda yaşayanlar Bakıda sosial mənzil ala bilərlər?

Rayonda yaşayanlar Bakıda sosial mənzil ala bilərlər?


17-04-2017, 18:06. Yazar: Xeberaz
Rayonda yaşayanlar Bakıda sosial mənzil ala bilərlər?

“Son günlər həm sosial şəbəkədə ünvanlanan mesajlarda, həm də digər formada müraciətlərdə rayonlarda qeydiyyatda olanların Bakıda inşa edilən sosial mənzillərlə bağlı müraciət etmək hüququnun olub-olmaması soruşulur.

Bildirmək istərdim ki, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur və rayonda qeydiyyatda olan vətəndaşlarımız da sosial mənzil almaq üçün müraciət edə bilərlər”.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

“Məsələn, sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda inşa edilən sosial mənzillə bağlı müraciət etmək istəyirsə, o zaman burada heç bir məhdudiyyət olmayacaq.

Güzəşti olan hər bir şəxs qeydiyyat yerindən asılı olmayaraq, Bakıda inşa edilən mənzillərlə bağlı müraciət edə bilərlər”.

Qeyd edək ki, müraciətlər mayın 1-dən başlayır.
Geri dön