Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Hacıqabulda ərəblər mikroavtobusa atəş açdı - FOTO

Hacıqabulda ərəblər mikroavtobusa atəş açdı - FOTO


16-04-2017, 19:18. Yazar: Xeberaz
Hacıqabulda ərəblər mikroavtobusa atəş açdı - FOTO


Hacıqabul rayonunda ov edən turistlərin gülləsi yol ilə hərəkət edən avtomobilə dəyib.

"Xəbəraz.az "report.az-a istinadən bildirir ki, ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun alın şüşəsinə dəyib.

İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir.



Hacıqabulda ərəblər mikroavtobusa atəş açdı - FOTO
Hacıqabulda ərəblər mikroavtobusa atəş açdı - FOTO
Geri dön