Ana Sayfa > Karusel / İdman / Foto-fakt / Gənclərimiz > Ağcəbədidə şəhidin xatirəsinə həsr olunmuş Alpaqut döyüş sənəti üzrə seminar keçirildi-FOTO

Ağcəbədidə şəhidin xatirəsinə həsr olunmuş Alpaqut döyüş sənəti üzrə seminar keçirildi-FOTO

16-04-2017, 18:51. Yazar: Xeberaz
Ağcəbədidə şəhidin xatirəsinə həsr olunmuş Alpaqut döyüş sənəti üzrə seminar keçirildi-FOTO

14. 04. 2017-ci il tarixində Azrebaycan Alpaqut Federasiyasının Qarabağ Regional Nümayəndəliyinin təşkilatçılığı ilə federasiyanın regionların inkişafı üzre vitse prezidenti Ərşad Gürşad oğlu Həsənovun rəhbərliyi ilə Ağcəbədin rayon Hüslü kəndində şəhid Həsənov Cavad Əsəd oğlunun xatirəsinə həsr olunmuş zona seminarı keçirilmişdir.
"Xəbəraz.az " xəbər verir ki,seminarı giriş sözü ilə açan Alpaqut Federasiyasının Qarabağ Regional Nümayəndəliyinin sədri Ruslan Quliyev bildirdi ki,bu cür tədbirlərin keçirilməsi,Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid düşmüş şəhidlərimizi daim yad etmək bizlərin vətəndaşlıq borcu olduğunu və bu federasiyanın fəaliyyətinin ana xəttini təşkil etdiyini bildirdi.Çıxışının sonun da Ruslan Quliyev bu cür seminarların keçirilməsində onlara daima dəstək olan Alpaqut döyüş sənətinin müəllifi Kutsan Vasif Namazova və Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalova öz dərin minnətdarlığını və təşəkkürünü bildirdi.
Daha sonra şəhid Həsənov Cavadın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AAF-nın regionların inkişafı üzrə vitse prezidenti Ərşad Gürşad oğlu Həsənovun başçılığı ilə seminar keçirildi.Seminara qatılan Alpaqut federasiyasın Ağdam,Bərdə,Ağcəbədi və Kürdəmir fililalarının 75- yaxın yeniyetmə və gənc idmançılarına Ərşad Həsənov tərəfindən alpaqut üzrə müxtəlif fəndlər nümayiş olunaraq yeniyetmə və gənclərə vətənpərvərlik ruhu aşılayan söhbətlər aparıldı.
İdmançılarla yanaşı, digər rayon sakinlərinin, valideynlərin də seminara böyük marağı diqqət çəkib.bVətən üçün canını fəda edən igidlərimizin AAF-ın daima diqqət mərkəzində olması yeniyetmələr,gənclər və kənd sakinləri tərəfində yüksək rəğbətlə qarşılandı və belə tədbirlərin keçirilməsini müsbət və təqdirə laiq olduğunu bildirdilər.

Geri dön