Ana Sayfa > Karusel / Gündəm > İSTİ GÜNLƏR BAŞLAYIR: havanın temperaturu 25 dərəcəyə çatacaq

İSTİ GÜNLƏR BAŞLAYIR: havanın temperaturu 25 dərəcəyə çatacaq


16-04-2017, 18:17. Yazar: Xeberaz
İSTİ GÜNLƏR BAŞLAYIR: havanın temperaturu 25 dərəcəyə çatacaq


Aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarımadada hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti olacaq.


Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % təşkil edəcək.


Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olması gözlənilir. Lakin gündüz bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.



Geri dön