Ana Sayfa > Karusel / Hadisə / Dünya > Vyanada iki qatar toqquşdu: yaralılar var - YENİLƏNİB

Vyanada iki qatar toqquşdu: yaralılar var - YENİLƏNİB


15-04-2017, 22:26. Yazar: Xeberaz
Vyanada iki qatar toqquşdu: yaralılar var - YENİLƏNİB

Avstriyanın paytaxtı Vyanada iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 9 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vyana polisinin məlumatında bildirilir.

“İki sərnişin qatarının toqquşması nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib, ölən yoxdur”, məlumatda qeyd olunur.

Qəzanın səbəbləri araşdırılır.

***

Avstriyanın paytaxtı Vyanada dəmiryol vağzalında iki sərnişin qatarı toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxtın Maydlinq rayonunda qeydə alınıb.

Hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Qəzanın səbəbləri barədə məlumat verilmir.
Geri dön