Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb

Müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb


15-04-2017, 17:00. Yazar: Xeberaz
Müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən bildirilib ki, səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.
Geri dön