Ana Sayfa > Karusel / Hadisə > Qızının boğazını kəsən ata həbsxanada öldü

Qızının boğazını kəsən ata həbsxanada öldü


15-04-2017, 16:27. Yazar: Xeberaz
Qızının boğazını kəsən ata həbsxanada öldü

Bakıda daha bir məhkum ölümü qeydə alınıb.

"Xəbəraz.az "ın APA-nınya istinadən məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan, 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, 2014-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində kənd sakini, Tofəddin Mirzəmməd oğlu Hacıyev 28 yaşlı qızı Aida Hacıyevanın boğazını bıçaqla kəsərək qətlə yetirmiş, polisə könüllü təslim olmuşdu.

Həmin vaxt hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, atanın qızını əxlaqsızlıq etməsindən şübhələndiyi üçün qətlə yetirdiyi açıqlanmışdı.
Geri dön