Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakı-Sumqayıt yolundakı qəzada dünyasını dəyişən qızın ürəkdağladan tarixçəsi (VİDEO)

Bakı-Sumqayıt yolundakı qəzada dünyasını dəyişən qızın ürəkdağladan tarixçəsi (VİDEO)


15-04-2017, 16:18. Yazar: Xeberaz
Bakı-Sumqayıt yolundakı qəzada dünyasını dəyişən qızın ürəkdağladan tarixçəsi (VİDEO)


Martın 9 da Bakı-Sumqayıt yolunda baş verən qəzada həlak olan tələbə Lalə Ələsgərovanın atası APA TV-yə qızı haqqında danışıb.

Yaşar Ələsgərov qızının ona çox bağlı olduğunu bildirib.

"Yəqin ki, çox ailələrdə belədir ki, qızlar atalarına çox bağlı olurlar. Lalə də mənə bağlı idi. Siz təsəvvür edin ki, onun son sözləri "atama zəng edin" olub. Qızımın arzuları çox idi. Ailəyə maddi kömək olması üçün işləmək istəyirdi. CV vermişdi bir neçə yerə işlə bağlı. Ölümündən bir neçə gün sonra işə çağırdılar".

Qeyd edək ki, mart ayının 9-da Bakı-Sumqayıt yolunda Ford markalı avtomobilin Kamazla toqquşması nəticəsində 6 tələbə dünyasını dəyişib 17 nəfər isə yaralanıb.



Geri dön