Ana Sayfa > Karusel / Hadisə > Qadın ərini parkda bıçaqladı - Bakıda olay

Qadın ərini parkda bıçaqladı - Bakıda olay


15-04-2017, 13:27. Yazar: Xeberaz
Qadın ərini parkda bıçaqladı - Bakıda olay


Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Xəbəraz.az "Teleqraf.com xəbər verir ki, rayonun Rəşid Behbudov küçəsində yerləşən parkda qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Mahmud Məmmədov parkda bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Mahmud Məmmədov aprelin 14-də, günorta saatlarında parkda həyat yoldaşı ilə mübahisə edib. Bu zaman onu həyat yoldaşı bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Geri dön