Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Ermənilərdən Eldar Qasımova qarşı təxribat - Fotolar

Ermənilərdən Eldar Qasımova qarşı təxribat - Fotolar


14-04-2017, 13:36. Yazar: Xeberaz
Ermənilərdən Eldar Qasımova qarşı təxribat - Fotolar

“Eurovision 2011” qalibi Eldar Qasımovun İnstaqram səhifəsindəki paylaşımlar hər kəsi təəccübləndirib.

"Xəbəraz.az "ın məlumatına görə, bu gün səhər saatlarından müğənninin səhifəsində ermənilərlə bağlı paylaşımlar edilməyə başlanılıb.

Erməni hakkerləri tərəfindən oğurlanan səhifədə erməni terrorçusu Monte Melkonyanın fotosu və Ermənistan bayrağı paylaşılıb. Paylaşımlara “Yaşasın Ermənistan” sözləri yazılıb.

Eldarın 20 minlik səhifəsinin profil fotosu da dəyişdirilərək, erməni bayrağı və terrorçunun şəkli ilə əvəzlənib.

Ermənilərdən Eldar Qasımova qarşı təxribat - Fotolar
Ermənilərdən Eldar Qasımova qarşı təxribat - Fotolar
Ermənilərdən Eldar Qasımova qarşı təxribat - Fotolar
Geri dön