Ana Sayfa > Karusel / İdman > "Real" prezidenti Ronaldoya hədiyyə verib

"Real" prezidenti Ronaldoya hədiyyə verib


14-04-2017, 13:33. Yazar: Xeberaz
"Real" prezidenti Ronaldoya hədiyyə verib

“Real”ın prezidenti Florentino Peres komadanın hücumçusu Kriştiano Ronaldoya Çempionlar Liqasında vurduğu 100-cü qol münasibətilə hədiyyə verib.

Klub prezdenti portuqaliyalı hücumçunu qitənin ən nüfuzlu klub turnirində vurduğu 100-cü qol münasibətilə “Real”ın 100 nömrəli formasıyla mükafatlandırıb.

Ronaldo İspaniyanın “Marka” nəşrinə açıqlamasında bunun onun üçün şərəf olduğunu deyib:

“Çempionlar Liqasında qol vurmağa başlayanda, rekord barədə düşünməmişdim. Bu, mənim üçün böyük şərəf idi. Buna nail olmaq çox çətin idi. Çox xoşbəxtəm”.
Geri dön