Ana Sayfa > Karusel / Gündəm / M2 > Müəssisədə siqaret çəkilərsə, rəhbər cərimələnəcək

Müəssisədə siqaret çəkilərsə, rəhbər cərimələnəcək


14-04-2017, 10:19. Yazar: Xeberaz
Müəssisədə siqaret çəkilərsə, rəhbər cərimələnəcək



Azərbaycanda qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə həmin müəssisə rəhbərləri də cərimələnəcək.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, Milli Məclisin deputatı Musa Quliyevin dediyinə görə, bu barədə məsələ yeni hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsində əksini tapıb.

M.Quliyev bildirib ki, vətəndaşdan çox qadağan olunmuş yerdə siqaret çəkilən müəssisələrin rəhbərliyi məsuliyyət daşıyacaq:

"Onların cəriməsi vətəndaşın cəriməsindən dəfələrlə çox olacaq. Cərimənin məbləği və forması qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə ediləcək əlavə və dəyişikliklərdə öz əksini tapacaq".

Qeyd edək ki, yeni hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsində ictimai yerlərdə, qapalı məkanlarda siqaretin çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.


Geri dön