Ana Sayfa > Karusel / Səhiyyə > Diş ağrısından bu sadə üsulla xilas olun - Möcüzəvi qarışım

Diş ağrısından bu sadə üsulla xilas olun - Möcüzəvi qarışım


13-04-2017, 22:18. Yazar: Xeberaz
Diş ağrısından bu sadə üsulla xilas olun - Möcüzəvi qarışım

Diş ağrısı çəkənlər nə qədər əzabverici olduğunu bilir. Gecə anidən diş ağrısı ilə qarşılaşmısınızsa, bu iki məhsulla problemdən xilas ola biləcəksiniz.
Möcüzəvi qarışımı hazırlamaq üçün ½ yemək qaşığı üyüdülmüş mixək, ½ yemək qaşığı hindistan qozu yağına ehtiyacınız var. Hər iki məhsulu qarışdırıb, ağrıyan dişinizə sürtün. Ağrının azaldığını hiss edəcəksiniz.
Qeyd edək ki, mixəyin tərkibində ağrıkəsici "ojenol” adlı maddə var. Bu maddədən stamatoloqlar diş ətinin keyləşdirilməsi üçün istifadə edir. Təbii hindistan qozu yağında isə bakteriya və infeksiyaların qarşısını alan maddələr var./metbuat.az
Geri dön