Ana Sayfa > Karusel / Hadisə / Dünya / Foto-fakt > Roma Papası məhbusların ayaqlarını yudu və öpdü – FOTO
Roma Papası məhbusların ayaqlarını yudu və öpdü – FOTO13-04-2017, 22:12. Yazar: Xeberaz |
Roma Papası Fransisk İtaliyanın Palyano həbsxanasında 12 məhkumun ayaqlarını yuyub və öpüb. Bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, məhbuslardan üçü qadın, biri isə müsəlman olub. “Alçalan, təhqir olunan və rədd edilənlərin yanında olmaq kilsənin müqəddəs borcudur. Rəhmli olmaq və yadda saxlamaq lazımdır ki, biz hamımız səhv edə bilərik”, - Fransisk “La Repubblica” qəzetinə müsahibəsində deyib. Roma Papasının səfər etdiyi həbsxanada polislə işləməyə razılaşan 50-dən çox mafiya üzvü saxlanılır. Geri dön |