Ana Sayfa > Karusel / Hadisə > Bakıda 2 övladının başı kəsilən qadından – YENİ XƏBƏR

Bakıda 2 övladının başı kəsilən qadından – YENİ XƏBƏR


13-04-2017, 18:10. Yazar: Xeberaz
Bakıda 2 övladının başı kəsilən qadından – YENİ XƏBƏR

Aprelin 1-də Bakının Nərimanov rayonunun Keşlə qəsəbəsində qohumu 20 yaşlı Azər Cəfərov tərəfindən ölümcül hala salınan Lətifə Qasımovanın vəziyyəti stabilləşib.

"Xəbəraz.az "xəbər verir ki, qadının müalicə olunduğu 1 saylı şəhər xəstəxanasından lent.az-a bildirilib ki, o, reanimasiya şöbəsindən palataya köçürülüb və həyatı üçün təhlükə artıq sovuşub. Onun bədəninin müxtəlif yerlərində - boğazında, əl-ayaqlarında çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər var.

L.Qasımovun yaxınları bildiriblər ki, 55 yaşlı qadın övladlarının öldürülməsindən hələ də xəbərsizdir.
Geri dön