Ana Sayfa > Karusel / Hadisə > Bakıda avtobus qəza törətdi: Xarici vətəndaş xəsarət aldı

Bakıda avtobus qəza törətdi: Xarici vətəndaş xəsarət aldı


13-04-2017, 16:22. Yazar: Xeberaz
Bakıda avtobus qəza törətdi: Xarici vətəndaş xəsarət aldı

Bakıda baş verən yol qəzasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı xəsarət alıb.

"Xəbəraz.az "report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolu küçəsi 12 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Kamran Əliyevin idarə etdiyi "Daewoo" markalı avtobusla piyada keçidində dayanmış 38 yaşlı Sadıq İsrafilovun idarə etdiyi "Subaru" markalı avtomobilin arxa hissəsindən vurub.

Qəza nəticəsində S.İsrafilovun sərnişini BƏƏ vətəndaşı 1994-cü il təvəllüdlü Al Sehhi Ahmad Raşid Hamdan kəllə-beyin travması alıb. O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön