Ana Sayfa > Karusel / Gündəm > Generalların məhkəməsi gedir - Jurnalistlər buraxılmır

Generalların məhkəməsi gedir - Jurnalistlər buraxılmır


13-04-2017, 16:03. Yazar: Xeberaz
Generalların məhkəməsi gedir - Jurnalistlər buraxılmır

Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdən sonra S.Qurbanov və digərlərinin vəkilləri mətbuata açıqlama verməkdən imtina ediblər. Onlar bildiriblər ki, bəzi mətbuat orqanları onların adından əsassız və qərəzli informasiyalar yayırlar. Vəkillər deyiblər ki, həmin qurumların əməkdaşlarına indiyə kimi hər hansı açıqlama verməyiblər.

Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilsə də, jurnalistlər zala buraxılmır.
Geri dön