Ana Sayfa > Karusel / İdman > Messi ilə Neymar Luis Enrikedən küsüblər?

Messi ilə Neymar Luis Enrikedən küsüblər?


13-04-2017, 13:54. Yazar: Xeberaz
Messi ilə Neymar Luis Enrikedən küsüblər?

İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi və Neymar Çempionlar Liqasının ilk ¼ final matçında "Juventus"a məğlubiyyətin (0:3) növbəti günü komandanın məşqinə çıxmayıblar.

"Marca" Luis Enrikenin məşqdən qabaq futbolçularla söhbət edərək Turindəki pis oyunlarına görə onları töhmət etdiyini yazıb.

Mütəxəssis və futbolçular arasında münasibət məşqçinin mətbuat konfransında yetirmələrinin Turin klubu ilə oyunda olduqca zəif çıxış etdiklərini deməsindən sonra gərginləşib.

Hər 2 futbolçu fərdi məşq ediblər. Futbolçuların səhhəti ilə bağlı məlumat verilməyib.
Geri dön