Ana Sayfa > Karusel / Gündəm > Avropa Məhkəməsindən Elmar Hüseynovun qətli ilə bağlı qərar

Avropa Məhkəməsindən Elmar Hüseynovun qətli ilə bağlı qərar


13-04-2017, 13:31. Yazar: Xeberaz
Avropa Məhkəməsindən Elmar Hüseynovun qətli ilə bağlı qərar

Avropa Məhkəməsi jurnalist Elmar Hüseynovun qətlinin istintaqı zamanı pozuntular olması barədə qərar qəbul edib.

Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

O bildirib ki, E.Hüseynovun öldürülməsi ilə bağlı cinayət işinin lazımi qaydada araşdırılmaması və onu öldürən şəxslərin məsuliyyətə cəlb edilməməsi ilə bağlı Avropa Məhkəməsi bu gün qəbul etdiyi qərarla Konvensiyanın 2-ci maddəsinin (effektiv araşdırma aparılmaması) pozuntusunu tanıyıb. Lakin 10-cu maddənin pozuntusunun araşdırılmasına ehtiyac olmadığı bildirib. Ərizəçiyə, yəni E. Hüseynovun həyat yoldaşına mənəvi zərərə görə 20 000 avro, məhkəmə məsrəflərinə görə 10 000 avro kompensasiya ödənilməsi qərara alınıb.
Geri dön